72 əsgər girov götürüldü

09:53 08.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kolumbiyanın cənubundakı Kauka departamentində ordunun 72 əsgəri girov götürülüb.

Hafta.az yerli mediaya istinadla xəbər verir ki, regiona silahlı qruplaşmalar və narkotik tacirləri nəzarət edir. Əsgərlər əməliyyat zamanı girov götürülüblər. Kolumbiyada əsgərlərin kütləvi girov götürülməsi halları iyun və avqust aylarında da qeydə alınıb.

Hər 2 halda onlar silahlı əməliyyatla azad ediliblər.